"Diriliş Ərtoğrul" serialında sevilən obrazı ilə yadda qalan türkiyəli aktyor Tahir Ulubayrak səhhətində yaranan problemlərə görə xəstəxanaya aparılıb.
Aktyorun son 20 gün ərzində 14 kilo çəki itirdiyi deyilir. Aktyorun bəzi həmkarları insanların onun üçün dua etmələrini xahiş ediblər.
Ulubayrakın müalicəsi davam etdirilir. (Metbuat.az)