Qırğızıstan prezidentinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev haqqında ifadələri yalan və provokativ xarakterlidir.
Bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Qırğızıstan Prezidenti Almazbek Atambayevin çıxışının iki ölkə arasındakı dostluğa zərbə vurmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə Atambayev Nazarbayevi ölkənin daxili işlərinə müdaxilədə günahlandırmışdı. O, buna əsas səbəb kimi Nazarbayevin Qırğızıstan ana müxalifətinin lideri ilə görüşməsini əsas göstərmişdi.(axar.az)