Tiflis Şəhər Şurası keçmiş Baş naziri Bidzina İvanişviliyə 1900 kvadrat metrlik ərazini 1 lariyə satılmasına razılıq verib.
Satılan ərazi Tiflisdəki Azadlıq meydanında yerləşir. Gürcüstan mətbuatının yazdığına görə, şurada müzakirələr zamanı müxalifətdən olan nümayəndələr zala buraxılmayıb və zorla zaldan çıxarılıblar.
Qeyd edək ki, İvanişvilinin şirkəti bu ərazidə 30 yerlik avtodayanacaq tikməyi planlaşdırır. Ölkə müxalifəti bu avtodayanacağın İvanişvilinin mehmanxanasının ehtiyacları üçün tikildiyini bildirib.(axar.az)