ABŞ hakimiyyəti YUNESKO üzvlüyündən çıxmaq haqqında qərar qəbul edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.