ABŞ-ın Baltikyanı ölkələrdə hərbi varlığına artırmasına adekvat cavab olaraq Rusiya Kalininqradda daha çox İsgəndər raketləri yerləşdirə bilər.
Bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib.
“Bu məsələyə sıradan yanaşmayacağıq. Mütləq lazımi tədbirlər görüləcək. Mümkündür ki, Qərb sərhədlərində Rusiya hərbi qüvvələrinin təchizatı gücləndirilsin”, - Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ hökuməti Polşa və Batlikyanı ölkələrdə hərbi təsir dairəsini gücləndirməkdə davam edir.