Dünya ictimaiyyəti İranın nüvə proqramı razılaşmasına yenidən baxmaq niyyətində deyil.
Bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.
“Biz, beynəlxalq ictimaiyyət işləyən nüvə razılaşmasını məhv etməyə imkan verə bilmərik. Bu ikitərəfli razılaşma deyil. Beynəlxalq ictimaiyyət və Avropa İttifaqı birlikdə müqavilənin etibarlı olduğunu və fəaliyyət göstərməyə davam edəcəyini açıq şəkildə bildiriblər”, deyə F.Moqerini qeyd edib.