Kremlin İrəvana 100 milyonluq silah verməsinin SİRLƏRİ

Dünya 11:19 14.10.2017
Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verir. Bunun sadəcə kağız üzərində kredit olduğu şübhəsizdir, çünki silahlar işğalçı ölkəyə ödənişsiz verilir. Rəsmi sənəddə göstərilən 10 faiz ilkin ödəniş isə formal xarakter daşıyır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da hesab edir ki, “Ermənistana müasir silahların çatdırılması kredit kimi rəsmiləşir, hətta əvvəlcədən 10 faiz ödəniş də edilir. Lakin bu silahlar ödənişsiz verilir. Artıq Rusiya Ermənistanı əsrin 1/4 hissəsidir ki, pulsuz silahlandırır”.
 
Musabəyovun fikrincə, Rusiya bunu Ermənistanın Qarabağ danışıqlarında inadkar davranmağa ürəkləndirmək məqsədilə edir.
 
“Çünki Dağlıq Qarabağ münaqişəsi Moskvanın dalanından çıxdı və müzakirə məkanı kimi Cenevrə seçildi”, - deyə o, oktyabrın 16-da keçiriləcək prezidentlərin görüşünə işarə vurub.
 
Bu ehtimal mümkündür, lakin Rusiyanın indiki məqamda Ermənistana 100 milyon dollarlıq silah krediti verməsinin arxasında başqa səbəblərin olması versiyası da mövcuddur.
 
Sarkisyanın şantajı: Ermənistan parlamentində müxalifət fraksiyası olan “Yelk” bloku ölkənin Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı təkliflər paketi hazırladı. Bu məsələ parlamentdə qəbul olunmasa da, ciddi müzakirələrə səbəb oldu və müzakirələrin hələ də davam etdiyi müşahidə olunur. “Yelk” müxalifət blokudur və hesab etmək olar ki, qərbyönümlü siyasi qüvvələr Rusiya buxovundan xilas olmağın yollarını axtarır. Lakin Moskva hesab edir ki, “Yelk” bloku Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir. Təklif də əslində Baqramyan 26-da (Ermənistan Prezident Administrasiyasının ünvanı) hazırlanıb. Sarkisyan bu təklifi “Yelk”in adından irəli sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj edir. Bu prosesin nəticəsində Ermənistan “Putin ittifaqlarından” çıxmadı, lakin cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi gündəmə gətirildi. Rusiyanın indiki məqamda Ermənistana 100 milyon dollarlıq silah krediti ayırması Sarkisyanın şantajının işə yaradığını göstərir.
 
Çərçivə Sazişi: Lakin Moskvanın ayırdığı “kredit”in arxasında Sarkisayanın oyunundan daha çox, Avropa İttifaqının Ermənistanı ələ keçirməsi gözləntilərinin dayandığını deyə bilərik. Noyabr ayında Avropa İttifaqı ilə Ermənistan arasında Çərçivə Sazişinin imzalanması gözlənilir. İttifaq dünən 357 səhifəlik yeni sazişi dərc etdi. 2013-cü ildə Ermənistanın son anda Brüsselə “atdığını” nəzərə alsaq, bu dəfə də analoji halın yaşanacağı gözləntisi böyükdür. Çünki “Putin ittifaq”ında təmsil olunmaqla hakimiyyətini qoruyan Sarkisyan bu riskə getməz. Amma Ermənistan prezidentinin avropalı qonaqları İrəvanda qarşıladığı da müşahidə olunur. Sarkisyan bununla Moskvaya mesaj verir, həmçinin, özünün “Ermənistanda ruslar üçün alternativsiz” olduğunu sübut etməyə çalışır. Çünki 2018-ci ilin aprelində prezident postunu təhvil verəcək Sarkisyan Təhlükəsizlik Şurasının katibi olaraq ölkə üzərində nəzarəti saxlamaq niyyətindədir. Bunun üçün də ilk növbədə Moskvanın dəstəyi lazımdır. Sarkisyanın “blef” etdiyini güman ki, Rusiya da anlayır, amma Moskvaya indiki məqamda Ermənistana “kötək” yox, “kökə” göstərmək sərfəlidir. 100 milyon dollarlıq silah kreditini də məhz “rus kökəsi” adlandırmaq olar.
 
Bu ehtimallar 2015-ci ilin 22 iyulunda İrəvanda baş verən “elektromaydan” aksiyasının təcrübəsi fonunda da inandırıcıdır. Həmin vaxt Sarkisyan “elektromaydan” təşkil edərək, ruslardan 200 milyon dollar silah krediti qopartmağı bacarmışdı.(publika.az)
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı