Kot-Divuarın Abidcan şəhərindən Fransa ordusuna yük daşıyan karqo təyyarəsi qəzaya uğrayıb.
Euronews xəbər verir ki, hadisə zamanı təyyarədə olan 10 nəfərdən 4-ü ölüb, 6 nəfər isə yaralanıb.
Ölənlərin Moldova vətəndaşı oduğu açıqlanıb. Yaralılardan 4-ü isə Fransa əsgəridir.
İlkin ehtimallara görə, qəza fırtına səbəbindən baş verib.