Kərkük sərhədlərinə toplaşmış Haşdi Şabi qruplaşmasına təkbaşına 1500 İŞİD terrorçusunu öldürmüş “Rembo” ləqəbli döyüşçü Əbu Əzrail Falih Həsən komandirlik edir.
Xarici media xəbər verir ki, o, İraq mediasına açıqlamada Baş nazir Heydər İbadidən Kərkükə hücum üçün hazırlıq əmrini aldığını bildirib.
Əbu Əzrailin sözlərinə görə, Haşdi Şabi döyüşçüləri kürdlərlə savaşıb, onların qanını töknək istəmir: “İbadinin rəhbərliyi ilə Bağdadda təcili iclas keçirilib və bizə hazırlıq əmri gəlib. Bütün qüvvələrimiz səfərbər olub.
Hücum əmri gələn kimi hərəkətə keçəcəyik. Ancaq peşmərgə və kürdlərə qarşı döyüşmək istəmirik. Təslim olacaqlarına ümid edirik”. (Teleqraf.com)