Qazaxıstandan Qırğızıstana jest - yeni prezident... | Eurasia Diary - ednews.net

25 Avqust,


Qazaxıstandan Qırğızıstana jest - yeni prezident...

Dünya A- A A+
Qırğızıstanın keçmiş baş naziri Soornbay Jeenbekov çox təcrübəli siyasətçidir.
 
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan parlamentinin spikeri Qasım Jomart Tokayev söyləyib. Onun sözlərinə görə, Jeenbekov Qazaxıstanla əməkdaşlığın əhəmiyyətini anlayan şəxsdir.
 
Qeyd edək ki, dünən Qırğızıstanda prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən eks-baş naziri Jeenbekov 54% səs toplayıb.
 
Qazaxıstanla Qırğızıstan arasındakı münasibət Prezident Atambayevin qazax lider Nazarbayevi tənqid etməsi səbəbindən pisləşib. Atambayev Qazaxıstanı prezident seçkisində müxalif namizədə dəstək verməkdə və Qırğızıstanı daxili siyasətinə müdaxilədə ittiham etmişdi.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...