İraqın hökumət qüvvələri Kərkük şəhərinə nəzarəti geri qaytarıblar.
Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Şəhər administrasiyasının binası üzərində İraqın milli bayrağı qaldırılıb. Federal polis dəstələri əməliyyat zamanı müqavimətlə qarşılaşmayıblar. Əməliyyatların detalları barədə məlumat verilmir.