Rəsmi Bağdadın ABŞ silahlarını kürdlərə qarşı istifadə etməsinin ağır nəticələri olacaq.
Bu sözləri amerikalı senator Con Makkeyn deyib.
“ABŞ İraq hökumətinə silahı İŞİD-ə qarşı mübarizə və xarici müdaxilələrdən müdafiə olunmaq üçün verdi. ABŞ-ın dəyərli və regional partnyorlarından birinə hücum etmək üçün deyil...”, - deyə Makkeyn bildirib.
O, İraq hökumətini yanlışlığa yol verməməyə çağırıb.