Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini elan edib.
Bülletenlər sonuncu dəfə sayıldıqdan sonra səsvermənin liderinin 31,5% səslə Avstriya Xalq Partiyasının (AXP) olduğu məlum olub. Qeyd edək ki, AXP-nin rəhbəri ölkənin 31 yaşlı xarici işlər naziri Sebastyan Kurtsdur.
Məlumata görə, Avstriyanın Sosial-Demokratik Partiyası 26,9% səslə ikinci yerdə qərarlaşıb.
Xatırladaq ki, Avstriyada oktyabrın 15-də vaxtından əvvəl parlament seçkiləri keçirilib. (oxu.az)