“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Mixeil Saakaşvilinin qurucusu olduğu “Vahid milli hərəkat” partiyasının sabiq üzvü Qiqi Tsereteli ATƏT Parlament Assamleyasının prezidenti olub.
Bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze məlumat verib.
“Bu Gürcüstanın təhlükəsizliyi, nüfuzu və beynəlxalq aləmdə ölkə qarşısında duran çağırışlar baxımından çox önəmlidir” , - O.Kaxadze bildirib.