Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib.
Silahlı toqquşma nəticəsində Misir xüsusi təyinatlı polisin təhlükəsizlik xidmətinin 58 əməkdaşı ölüb, 15-i isə yaralanıb.
Belə ki, polis əməkdaşları rayonda gizlənən terrorçuları həbs etmək istəyən zaman terrorçular odlu silahlardan, o cümlədən ağır silahlardan istifadə edərək polisləri atəşə tutublar. Hazırda hadisə yerində cinayətkarların axtarışı aparılır. Axtarış ücün helikopterlər cəlb olunub.