Ermənistanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb.
Erməni mətbuatı xəbər verir ki, hadisə bu gün saat 06:41 radələrində “M-2” avtomobil yolunun Sisyan-İrəvan sektorunun 7-ci km-də baş verib.
Belə ki, sürücü Qarabağ sakini, 1980-cı il təvəllüdlü S.H avtomobilin idarəetməsini itirərək təxminən 15 metr dərinliyi olan dərəyə yuvarlanıb. Nəticədə, sürücü və avtomobildə olan 1981-ci il təcvəllüdlü E.X müxtəlif bədən xəsarətləri ilə Ağidu kəndinin hərbi hospitalına göndərilib.
Həkimlər S.H -nın sağlamlıq vəziyyətinin qənaətbəxş, E. X-nin isə orta ağır olaraq qiymətləndirilib.