Liviyanın qeyri-hökumət təşkilatlarından birinin sədri Xalid əl-Həmidi NATO-ya qarşı məhkəmə davası açıb.
Həmidi NATO-nu Liviyanı bombalanması zamanı 13 ailə üzvünün öldürülməsində ittiham edir.
Bombardmanın sabiq Liviya lideri Müəmmar Qəzzafiyə yaxınlığı ilə tanınan atası Hveylid əl-Həmidi ilə Fransa Prezidenti Nikola Sarkozi arasındakı telefon söhbətindən bir neçə həftə sonra baş verdiyini qeyd edən Həmidi bunları qeyd edib: "Sarkozi atama Liviyadan qaçmağı təklif edib. Ailəsinin Tunisdən Parisə aparacaq təyyarənin hazır olduğunu dedilər. Atamın Sarkoziyə cavabı belə oldu: "Mən 1969-cu ildəki Əl-Fateh inqilabında pullu əsgər deyildim, inqilabın bir parçasıydım. Ölkəmi müstəmləkəçilərə qarşı müdafiə etdim və satqın və ya başqa bir ölkənin agenti olmayacağam. Sonra atamın əvvəl Tripolidəki ofisi, sonra da evi bombalandı".
Qeyd edək ki, NATO Liviyanı bombalayarkən Həmidi hamilə olan həyat yoldaşı, iki oğlu, xalası, qardaşı oğlu, o cümlədən ailəsinin 13 üzvünü itirib. Valideynləri, bacıları və digər qohumları da bombardmanda yaralanıb. Həmidi ilk dəfə məsələ ilə bağlı məhkəməyə 2011-ci ildə müraciət edib, ancaq onun iddiası rədd edilib. Daha sonra yenə məhkəməyə müraciət edən Həmidinin davası bu ilin 30 noyabr tarixinə təxirə salınıb. (Axar.az)