Dünən Türkiyədə Cümhuriyyət bayramı qeyd olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə, siyasət, idman, şou-biznes və digər sahələrdən olan məşhur şəxsləri öz iqamətgahında ziyafət mərasimində qəbul edib.
Tədbirdə "Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbəyin kənarda siqaret çəkdiyini görən Ərdoğan, onun yanına yaxınlaşaraq, siqareti tərgitməsini xahiş edib.
Klub prezidenti isə Ərdoğanın sözünü yerə salmayıb və siqareti tərgidəcəyi barədə ona söz verib. (faktxəbər)