Hindistanın hava yollarına məxsus yüngül mühərrikli təyyarə uçuş zamanı dağılıb.
Sekundərəbad şəhəri üzərindən uçan təyyarə təxminən 750 metr hündürlükdə sınaq uçuşu keçirib. Uçuş zamanı təyyarənin qapısı qoparaq yerə düşüb.
Yaşayış evlərindən birinin damına düşən qapı evi yararsız hala salıb. Hadisə zamanı ev sahiblərindən heç kim evdə olmayıb.
Pilot idarəetməni ələ alaraq təyyarəni uğurla yerə endirə bilib.