İrəvan Moskvadan 100 milyonluq yeni hərbi kredit çərçivəsində strateji mühafizə silahları almaq niyyətindədir.
Bunu Armenia TV-yə müsahibəsində Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan söyləyib.
“Rusiyanın silah bazarı Ermənistan üçün çox rahatdır. Güzəştli kreditlərin şərtləri Rusiya bazarını İrəvan üçün daha da cəlbedici edir. Bu, ordunu uzunmüddətli planlamaya uyğun olaraq təchiz etməyə imkan verir”, – deyə o bildirib.(axar.az)