Ukraynada Severodonetsk Şəhər Şurasının deputatı Sergey Samarski qətlə yetirilib.
Bu barədə informasiyanı öz Facebook səhifəsində Severodonetsk şəhər merinin müavini Qriqori Priqeba paylaşıb.
Samarskinin gecə yerli vaxtla 01:30-da öldürüldüyü bildirilib. Onun cəsədi şəhər yaxınlığındakı rayonlardan birində aşkar edilib.