“Ukrayna prezidenti Poroşenkonun ətrafında olan şəxslər Krım və Donbasdan tamamilə imtina olunması ideyasını müzakirə edirlər”.
Bu haqda “UkrLife” kanalının efirində politoloq Kost Bondarenko bildirib.
“Bu ideyalardan biridir. Tamamilə qeyri-formal olsa da, amma tamamilə səmimidir. Prezidentin ətrafında olan şəxslər arasında Krım və Donbasdan tamamilə imtina olunması ideyası müzakirə edilir”, - Bondarenko vurğulayıb.
Qeyd edək ki, Krım 2014-cü ilin əvvəlində Maydan hadisələrinin gedişatında ilhaq edilib. Donbasın xeyli hissəsi ilə 2014-cü ilin aprelində başlanan əməliyyatların gedişatında Rusiya meylli separatçılar tərəfindən tutulub. Kiyev Donbasın işğalı əməliyyatında Rusiyanın nizami ordusunun bilavasitə iştirak etdiyini bildirir.(publika.az)