Onlarla Kanada vətəndaşının Rusiyaya girişi qadağan edilib.
Bununla bağlı Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyanat yayıb.
O, bu qərarın Kanadanın sanksiyalarına simmetrik bir cavab olduğunu bildirib.
“Simmetrik cavab vermək məcburiyyətindəyik. Ona görə də bəzi Kanada vətəndaşlarının Rusiyaya girişini qadağan edirik”, -deyə nazirlik sözçüsü əlavə edib.
Ölkəyə girişinə qadağa qoyulan insanlar siyahısına toxunan Zaxarova bildirib ki, söhbət ikili münasibətləri pozmağa çalışan şəxslərdən gedir.