Amerikanın “The National Interest” adlı hərbi mövzulu dərgisi Rusiya istehsalı olan “Msta-S” və “Koalitsiya-SV” topçu sistemlərindən bəhs edən məqalə dərc edib.
Sistemlər məqalədə “yeni super silah” kimi təqdim edilib.
Dərgi yeni sistemlərin Rusiya Quru Qüvvələrinin topçu birliklərinin inkişaf etdirilməsi üçün güclü bir təşviqat vasitəsi olduğunu yazıb. Buna rəğmən, ABŞ-ın gələcəkdə 1960-cı illərdə istehsal edilən “M109 Paladin” motorlu topçu sistemlərindən istifadə etməyi planlaşırdığına diqqət çəkilib.
Xəbərdə qeyd olunur ki, Rusiya Quru Qüvvələri “Msta-S” sistemini modernləşdirməyə başlayıb və daha modern sistem olan “Koalitsiya-SV”nin sayı kifayət qədər olanadək bu sistemdən istifadə olunacaq.(publika.az)