Türkiyəyə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın Afrin şəhərində ABŞ-ın PYD terrorçularına göndərdiyi yardımları müəyyən edib.
Hərbi ləvazimatların və ağır texnikaların yerləşdirildiyi nöqtələr bəlli olub. PUA-ların həyata keçirdiyi uçuşların trayektoriyası peyklər tərəfindən qeydə alınıb.
Türkiyə Silahlı Qüvvələrinin müəyyən zaman kəsiyində bu əraziləri bombardman edəcəyi güman edilir.