İŞİD terror təşkilatının sonuncu qalası sayılan Əl-Qaimi ötən həftə geri alan İraq ordusu Fərat çayı yaxınlığındakı Rava qəsəbəsinə hücuma başlayıb.
İraq və Suriyadan tamamilə təmizlənmək üzrə olan terrorçular ötən gün onlardan geri alınan Əbu-Kamal qəsəbəsinə hücum təşkil ediblər. Əbu-Kamalın yarısını tutan terrorçular üçün yeni əməliyyat keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün “Hizbullah” mənbələr İŞİD lideri Əbubəkr əl-Bağdadinin Əbu-Kamaldakı əməliyyat zamanı tutulmadığı bildirilib.(metbuat az)