Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Twitter” hesabından maraqlı paylaşım edilib.
Rəsmi hesabdan paylaşılan fotoda prezident azyaşlı uşaqla birlikdə oyun oynayır. Paylaşımın altında isə bu sözlər yazılıb:
“Uşaqlarımızla birlikdə keçirdiyimiz hər saniyə həyatımıza, dünyamıza dəyər qatır.”
Uşaqlara xüsusi sevgi bəsləyən Ərdoğanın bu fotosu insanların marağına səbəb olub.