Bu gün Rusiya Müdafiə Nazirliyi rəsmi Twitter hesabından Amerika Birləşmiş Ştatlarını İŞİD-ə dəstək olmaqda ittiham etmişdi. Buna dair sübut olaraq isə hərbi təyyarədən çəkilən şəkilləri paylaşmışdı.
Nazirlik paylaşdığı şəkillərə bu başlığı yazıb:
"Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD-ə kömək edərək özünün Yaxın Şərqdəki maraqlarını qorumaq barədə təkzibolunmaz faktlarını paylaşır".
Lakin sonradan məlum olub ki, dövlət qurumunun paylaşdığı bu şəkil mobil telefon oyunu olan "AC-130 Gunship Simulator: Special Ops Squadron"dan ekran görüntüləridir.
Həmin oyundan olan videogörüntünü təqdim edirik: