Kaliforniyada məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 4 nəfər yaralanıb.
Şerif müavini Fil Constonun sözlərinə görə, xəsarət alanlardan üçü uşaqdır.
F.Conston bildirib ki, cinayətkar hədəfləri təsadüfi seçib. Polis tərəfindən öldürülən həmin şəxsin üzərinə 1 avtomat silah və 2 tapança olub. Hücumun motivləri məlum deyil.
***
Hadisə zamanı 3 nəfər öldürülüb
Bu barədə ölkə televiziyaları məlumat yayıb.
"CBS" teleşirkətinin verdiyi nəlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər ölüb.
Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb. Onlar arasında uşaqlar da var.
Hadisəni törədən şəxsin özü də məhv edilib.