Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin “Akkuyu" atom elektrik stansiyası (AES) layihəsinin icrası ilə bağlı razılaşması Yunanıstanda təlaş yaradıb.
Türkiyə KİV-i xəbər verir ki, “Dimokratia” nəşri “Ərdoğan və Putin “saatlı bomba haqqında razılaşdı” başlıqlı məqaləsi ilə narahatlığı ifadə edib.
“Ankara əslində, zəlzələ qurşağında yerləşən Kiprin qarşısındakı Akkuyuda - Şərqi Aralıq dənizinin geniş bölgəsində hər an təhdid yaradacaq “saatlı bomba” yerləşdirir”, - məqalədə deyilir.
Qeyd edək ki, Rusiyanın prezidentinin noyabrın 13-də Soçidə rusiyalı həmkarı ilə ilə görüşündə “Akkuyu” AES-in tikintisi üzrə müzakirələr aparılıb. Danışıqlardan sonra keçirilən mətbuat konfransında Putin deyib ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası yaxın vaxtlarda “Akkuyu” layihəsinin həyata keçirilməsinə başlamalıdır.
"Bu gün biz energetika sahəsində birgə layihələri müzakirə etdik. Bu, "Türk axını", Türkiyədə "Akkuyu" atom stansiyasının tikintisi məsələlərinə aiddir. "Rosatom" yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamalıdır. Bizim planımıza görə AES-in birinci bloku 2023-cü ilə qədər istifadəyə verilməlidir", - deyə Rusiya prezidenti bildirib.
Ərdoğan stansiyanın birinci blokunun təməlqoyma mərasiminə Rusiya liderini dəvət edib. (Publika.az)