Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Norveçdə özü və Mustafa Kamal Atatürkün hədəf seçildiyini bildirib.
Bu təhqiramiz münasibətə cavab olaraq Türkiyə Norveçdə keçirilən NATO təlimindən hərbçilərini geri çağırıb. Ərdoğan insidentlə bağlı bu sözləri deyib:
“Son olaraq dünən Norveçdə bir insident baş verdi. Düşmən portreti deyə bir portret qoyublar və Atatürkün adı bir tərəfdə, digər tərəfdə mənim adım. Bu xəbər ortaya çıxanda Baş Qərargah rəisimiz və AB nazirimiz Kanadaya doğru səfərdə idilər. Yolda ikən zəng etdilər və hadisəni danışdılar. Bu da sizə NATO təlimi. 40 hərbçimiz var. Biz bu hərbçilərimizi geri çağırmaq qərarı verdik. Lazımi əlaqələri qurdular və qururlar.
Oyun başqadır. Vaxtaşırı fərqli yerlərdə də belə şeylər etdilər. Təəssüf ki, içimizdə də bunlar var. Biz silahı güc olaraq qəbul ediriksə, o zaman siyasətdən əl çəkək. Haqdan daha güclü bir şey ola bilməz”. (Avropa.info)