Pakistanın cənubunda, Sind vilayətinin Hayrpur şəhərində ağır yol qəzası baş verib.
Yük maşını qarşısındakı avtobusu ötmək istəyərkən aşıb.
Polis yük avtomobilinin sürücüsünün idarəetməni itirdiyini təsdiqləyib. Hadisə nəticəsində ən azı 17 nəfər ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyəti ağırdır.
Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.