Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə rəsmi səfərə gedib.
Ölkə rəhbərini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayraq müşayiət edirlər.
Qeyd edək ki, bu gün Soçidə İran, Türkiyə və Rusiya prezidentləri Həsən Ruhani, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin üçtərəfli görüşü baş tutacaq.