Ukrayna ordusu Luqansk separatçılarının tabeliyində olan ərazilərə hücum zamanı geniş ərazini azad etməyi planlaşdırsa da, könüllülərdən birinin əməliyyatlar barədə sosial şəbəkədə yazması bütün planları alt-üst edib.
Bu barədə TSN informasiya yayıb.
“Nəticənin daha geniş miqyaslı olması planlaşdırılmışdı. Əhəmiyyətli dərəcədə böyük ərazini azad etmək planlaşdırılsa da, bütün planlarımız ictimailəşdi”, - hücumda iştirak etmiş 54-cü briqadanın zabiti deyib.
Zabitin sözlərinə görə, könüllülərdən birinin əməliyyat barədə sosial şəbəkədə yazması ilə qarşı tərəf cəbhə xəttinə rezerv qüvvələri cəlb edərək əməliyyatın az qan tökülməsi ilə nəticələnməsinə mane olub. O bildirib ki, belə “dost”ları olan orduya qarşı düşmənə kəşfiyyat gərək deyil.
Qeyd edək ki, ukraynalı könüllü Yuri Mısyagin Feysbuk hesabında Ukrayna ordusunun cəbhə xəttində irəliləməsi və bir sıra mövqeləri ələ keçirməsi barədə yazmışdı.(axar.az)