Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin açıqlayıb. Batumidə yerləşən “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsi yad ediləcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.