Ukrayna Radasının Radikal partiyasından olan deputatı İqor Popovun 14 yaşlı oğlu Kiyevdə dükan yarmağa cəhd edərkən yaxalanıb.
Bu haqda İsrail mediası Ukrayna DİN-dəki etibarlı mənbələrə istinadla məlumat yayıb.
Deputat İ.Popovun özü “Facebook” səhifəsində ətraflı məlumat verməyərək sadəcə bunu yazıb: “Oğlum pis kampaniyaya qoşulub və cinayət törədib...”