Kərbəla Beynəlxalq Hava Limanının rəhbərliyi qum işlərinin 95%-nin başa çatdığını elan edib.
Teabet Kərbəla şirkətinin direktoru Fəvzi Muhsin Şahərin “İmamhussain” saytına açıqlama verərək, hazırda şirkətin yerli və beynəlxalq şirkətlərin tender təkliflərini aldığını deyib. O, tenderdə qalib gələcək şirkəti qarşıdakı ayın sonunda açıqlayacaqlarını bildirib.
O, tikinti işlərinin heç bir maliyyə və ya idarəetmə maneələri olmadan davam etdiyini də deyib. (Deyerler.org)