Səfir təxribatında ermənipərəst Lavrov izi...

Dünya 09:43 30.11.2017

Tofiq Abbasov: “”Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər"

Azərbaycan və Rusiya arasında son günlərdə yaranan səfir qalmaqalı hələ də davam edir. Əvvəlcə Kremlin Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin ölkəmizə səfir təyin olunduğu, lakin rəsmi Bakının ona etimadnamə vermədiyi barədə xəbərlər yayılsa da, artıq yeni səfirin göndəriləcəyi barədə xəbərlər dövriyyədədir.

9 ildir ölkəmizdə səfir olan və səlahiyyət müddəti başa çatan Vladimir Doroxinin yerinə təyin olunacaq  Rusiyanın yeni səfirinin kimliyi açıqlanmır. Bu isə qalmaqalın səngimədiyini göstərir.

Politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində daim ən çox problem yaşadığı məsələ üç həmsədr ölkədə-Rusiya, Fransa və Amerikada erməni məsələsinin daxili gündəmdə olmasıdır: “Hər üç dövlətin içərisində siyasi elitaya təsir göstərmə imkanları baxımından erməni icmaları çox güclüdür və kifayət qədər maliyyə resursları var. Bu baxımdan təbii ki, onlar boş oturmurlar. Vaxtaşırı Qarabağ problemi ilə bağlı fəaliyyətlərini gücləndirirlər ki, bizdən öndə olsunlar. Bununla rəsmi Bakını qondarma ”Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağa vadar edəcəkləri xülyaları ilə yaşayırlar. Bu istiqamətdə biz həm taktiki, həm də strateji gedişlər görürük. Kənardan Rusiyanın ölkəmizə səfir təyin etməsi asan görünsə də, amma incəlikləri gördüyümüz zaman bunun asan olmadığının şahidi oluruq. Doroxinin vəzifəsindən gedişi artıq məlumdur. O, ola bilsin ki, Azərbaycanı istəyən bir şəxs idi, məsələlərin bəzilərini tarazlaşdırmaqdan ötrü müəyyən səylər göstərirdi. Amma onun özü də bildirirdi ki, geri qayıtmaq vaxtı çatıb. Bu zaman Rusiya Xarici İşlər Nazirliyində bir neçə namizəd nəzərdən keçirilirdi. Nə qədər təəccüblü görünsə də, namizədlərdən biri Rusiyanın tanınmamış Abxaziyadakı səfiri idi. Təbii ki, Azərbaycan tərəfi buna razılıq verməyəcəkdi. Lakin təxribat yaratmaq niyyəti ilə Rusiya Xarici İşlər Nazirliyindəki mənfur ermənipərəst qüvvə bu qərarı verdi. Bu yerdə xatırladım ki, bu ilin iyulunda Rusiya rəhbəri Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü oldu. Həmin görüş zamanı Azərbaycan tərəfin xahişi, bəlkə də tələbi o idi ki, xarici işlər nazirləri orada iştirak etməsin. Burada təbii ki, Elmar Məmmədyarovla bağlı problem yox idi, problem Rusiyanın XİN rəhbəri Sergey Lavrov idi. Həmin görüşdə İlham Əliyev həmkarına açıq şəkildə bildirdi ki, Lavrov erməni lobbisinə dəstək verir, Azərbaycanın mənafelərinə zərbə vurur. Lavrovun ermənipərəst olması bütün mövqelərində özünü açıq göstərir. Səfir məsələsində ölkəmizin konkret mövqeyi var ki, Azərbaycanı sevməyən, bizə düşmən münasibətində olan şəxs diplomat kimi gələ bilməz. Azərbaycanın bu səfiri qəbul etməməsi Rusiyanın özü üçün bir dərsdir. Kreml bir çox yerlərdə özünü zəif aparır. Qafqaz, postsovet məkanında qeyri-adevkat siyasət yürüdür. Bu siyasət də təbii ki, ölkəmiz tərəfindən qəbul oluna bilməz. Bu baxımdan səfir məsələsi siyasi görünsə də, bunun  texniki tərəfləri də var. Lavrov xarici işlər naziri kimi Rusiyanın xarici siyasətinin riçarklarını o qədər zəiflədib ki, artıq onunla bağlı çox böyük narazılıqlar var. Özü də bir neçə dəfə dilə gətirib ki, artıq yorulub, istefaya getməyə hazırdır. Amma istefaya ona görə gedir ki, ailəsi Amerikada olub, orada biznesi var. Bu faktdan çıxış edib, Lavrovun Rusiyanın mövqelərini necə sevdiyi barədə müəyyən çıxarışlar edə bilərik".

Image result for Tofiq Abbasov

Politoloq səfir məsələsinin Azərbaycan üçün olduqca ciddi məsələ olduğunu bildirdi: “Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər. Məsələn, keçmiş bir xarici işlər naziri hansısa bir ölkəyə səfir göndəriləndə, bu layiqli bir təyinat kimi qiymətləndirilir. Ola bilsin ki, Rusiya-Azərbaycan münasibətləri fonunda belə bir hala rast gəlməyəcəyik. Amma savadlı, bacarıqlı, peşəkar bir şəxsin səfir kimi ölkəmizə gəlməsi hər iki dövlətin maraqlarının xeyrinə olacaq. Rusiya və Azərbaycan arasında bir sıra məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum vəziyyət Azərbaycan tərəfi məcbur edir ki, ölkəmizin mövqelərini qəbul edən şəxs səfir gəlsin. Bu istiqamətdə lazımi tədbirlər görülməlidir ki, olan vəziyyət daha da gərginləşməsin. Azərbaycanda ictimai rəydə belə bir məsələ formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması Kremlin layihəsidir. Bu fikirlər doğru deyil. Çünki bu məsələ sözün həqiqi mənasında Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı layihədir. Bu, 80-ci illərin axırlarında hələ sovet dövründə işə salınıb. Bu proyektin üstündə əvvəldən-axıra qədər işləyiblər. Rusiyanın bu prosesə qatılması Yeltsin dövrünə təsadüf edir. O dövrdə də Kreml Amerikanın qapazaltısı idi. Reallıqdır ki, Rusiyanın xarici siyasəti az-çox Putinin dövründən formalaşmağa başladı. İndi bu siyasətin nə vəziyyətdə olduğunu yaxşı görürük. Bu baxımdan bu layihənin arxasında duran dünya erməniliyidir. Rusiyanın mövqeləri zəifdir. Amerika bütün siyasi cəbhələrdə Rusiyanı sıxışdırır. Kreml özünü elə aparır ki, guya supergücdür. Əslində belə deyil. Əgər Kremlin nüvə potensialı olmasa, üçüncü dərəcəli ölkə olar. Əgər bir ölkənin xarici siyasətini aparan qurum belə hərc-mərclik yaradırsa, deyə bilərəm ki, həmin ölkəni siyasi qurumları başlarını itiriblər. Bir tərəfdən xeyli yardımlar etməklə ABŞ Ermənistanda mövqeyini gücləndirir, bunu Rusiya görməyə bilməz. Amerikanın ən güclü nümayəndəliyi birinci Almaniyadadırsa, ikinci Ermənistandadır. Az qala potensialı min nəfərə çatır.  Sual olunur ki, bunların orada işlərinin adı nədir? Qafqaz bölgəsində təmsilçiliklərini artırırlar ki, mövqelərini gücləndirsinlər. Bununla bağlı da təbii ki, xüsusi planları var, region dövlətləri ilə bağlı Amerika tələsmədən,  addım-addım işini görür, Rusiya da bunun qarşılığında addım-addım geri çəkilir. Reallıq budur”. (musavat.com)

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
Hamısı