“ABŞ Şimali Koreya lideri Kim Çen Inı bilərəkdən təxribata çəkir”.
Bu iddia ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Belarusun STV telekanalına danışan Lavrov bildirib ki, ABŞ-ın Şimali Koreyanı bilə-bilə təxribata çəkdiyini ehtimal edirlər.
“Buna görə də Pxenyanı raket və nüvə layihələrinə görə qınayanda Vaşinqtondakı həmkarlarımızı da təxribatlara görə qınamalıyıq”, - deyə o bildirib.(publika.az)