ABŞ prezidentinin iqamətgahı olan Ağ Evi siçan, hamam böcəkləri və qarışqalar basıb.
Binanın bəzi yerlərində ciddi fəsadlar olduğu da aşkarlanıb.
“Washington Post” qəzeti Ağ Ev sakinlərinin binanın infrastrukturu ilə bağlı şikayətləri bir daha gündəmə gətirib. Sakinlər binanın tavanında çatlar olduğunu, yağış sularının içəriyə damcıladığını, tualet sularının daşdığını və nəmişlikdən müxtəlif böcəklərin yarandığını bildiriblər.
Qeyd edək ki, 1792-1800-ci illərdə inşa edilənvə 19-cu əsrdə bərpa edilən Ağ Ev Amerika prezidentlərinin iqamətgahı və idarə heyətinin məkanı kimi istifadə edilir. (publika.az)