ABŞ-ın Rusiyadakı səfirliyi dekabrın 11-dən Rusiya regionlarında viza verilişini təkrar başladacaq.
Bu barədə informasiyanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Vizaların verilişinə ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarından başlanılacaq. Vizaların verilişi məhdud həcmdə olacaq.
Qeyd edək ki, ABŞ avqustun 23-dən Rusiya vətəndaşlarına qeyri-mühacir vizasının (müvəqqəti) verilişini dayandırmışdı.