Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib. Partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 8 nəfərin yaralandığı bildirilir.
Qeyd olunur ki, partlayış yol kənarında dayanmış motosikletə quraşdırılan partlayıcının işə düşməsi ilə baş verib.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.