Rusiya lideri Vladimir Putin 2018-ci ildə ölkəsində baş tutacaq prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Kreml rəhbəri bu qərarını “Qorkov Avtomobil Zavodunun” (QAZ) işçiləri ilə görüşündə verib.
“Mən Rusiya prezidenti olmaq üçün namizədliyimi verəcəyəm. Bundan yaxşı və bundan uyğun yerdə bu bəyanatı verə bilməzdim. Dəstəyə görə hər birinizə təşəkkür edirəm. Rusiya yalnız irəli gedəcək və heç kim heç vaxt bunu dayandıra bilməyəcək”, - deyə Putin bildirib.
X X X
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı fikrini bildirib.
V.Putin bildirib ki, seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacaq.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.