Suriya İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib.
Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Qerasimov bəyan edib.
“İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”, deyə V.Qerasimov bildirib.