ABŞ-ın "Delta Airlines" aviaşirkətinin Nyu-Yorkdan Siettl şəhərinə uçan təyyarəsi marşrutunu dəyişməli olub.
Buna təyyarənin göyərtəsində sanitar qovşağının sıradan çıxması səbəb olub.
Nəticədə sərnişinlərin təbii ehtiyaclarını ödəyə bilmələri üçün təyyarə yüzlərlə kilometr yolunu dəyişərək Montana ştatının Billinqs şəhərində eniş etməli olub.
Hava limanında sərnişinlər digər problemlə üzləşib. Bütün avtobuslar məşğul olduğu üçün aeroport əməkdaşları sərnişinlər üçün taksi çağırıb.
Daha sonra təyyarədə ayaqyolunun təmizlənməsindən sonra reys bərpa olunub.