Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Vyanada erməni həmkarı Edvard Nalbandyanla görüşə zarafatlaşaraq başlayıb.
Bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
“Naringilər Abxaziyadandır”, - deyə Lavrov Nalbandyanla zarafatlaşıb” - deyə Zaxarova sosial şəbəkədəki hesabında yazıb.
XİN rəsmisinin paylaşdığı fotodan aydın görünür ki, masanın üzərinə sitrus meyvələri qoyulub.
Qeyd edək ki, Rusiya və Ermənistan XİN rəhbərləri Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində görüş keçiriblər. Görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.