Vaşinqton-İslamabad əlaqələrinin gərginləşməsindən sonra Pakistan ABŞ pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, ölkənin hava məkanını pozan PUA-ların vurulması göstərişi verib.
“Times of İndia” xəbər verir ki, bu barədə Pakistan hava qüvvələrinin marşalı Sohail Aman məlumat verib.
“Biz heç kimə hava məkanımızı pozmağa icazə verməyəcəyik. Mən Pakistan hava qüvvələrinə əgər bizim hava məkanına daxil olarsa, ölkənin suverenliyi və ərazi bütövlüyünü pozarsa, ABŞ da daxil olmaqla, PUA-ları vurmaq əmri vermişəm”, - Aman bildirib.
Bu qərar ABŞ PUA-larının Əfqanıstan sərhədi yaxınlığında Pakistan ərazisinə zərbə endirməsi və nəticədə üç nəfərin vəfat etməsindən sonra verilib.