İraqın baş naziri Heydər Əl-Abadi İŞİD üzərində tam qələbə əldə etdiklərini bəyan edib.
Bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.
“Silahlı qüvvələrimiz tam olaraq İraq-Suriya sərhədində nəzarəti ələ keçirib və bununla da biz İŞİD-ə qarşı müharibənin başa çatdığını bəyan edirik”, - deyə o, əlavə edib.
Qeyd edək ki, İŞİD 2014-cü ilin yayında ölkənin ikinci böyük şəhəri olan Mosul da daxil olmaqla ölkə ərazisinin xeyli hissəsini ələ keçirmişdi.
Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD üzərində tam qələbənin qazanıldığını açıqlayıb.