ABŞ prezidentinin Nyu Yorkdakı iqamətgahından Eurasia Diary-nin XÜSUSİ REPORTAJI

Dünya 15:55 11.12.2017

Varlı amerikalıların Nyu Yorkdakı əsas məkanı 5-ci “avenue”.

Bu küçədə hansı məşhur şirkətlərin ofisi yoxdur ki ?! Amma ən diqqət çəkən əlbəttə məhz Trump Tower-dir. Amerika prezidenti indinin özündə də xanımı və oğlu ilə birlikdə öz adını daşıyan bu məkana gəlir, hətta bir müddət burada qalırlar. Məhz ona görə bu binada təhlükəsizlik ən yüksək həddədir.

Prezidentin mühafizə xidmət və xüsusi təyinatlılar.

Bu binada təhlükəsizlik tədbirləri də sizə deyim az pul aparmır. Son məlumatlara görə ABŞ-ın 2018-ci il üçün büdcə layihəsində bu məqsədlə 25 milyon dollar nəzərdə tutulub.

Hətta ABŞ Müdafiə Nazirliyi belə Donald Trampın ailəsinin yaşadığı Nyu Yorkdakı "Trump Tower" qülləsində məkan icarəyə götürmək niyyətindədir. Bu məkan həm də onunla məşhurdur ki, Trampın komandasının bəzi üzvləri məhz bu oteldə Rusiya səfiri və təmsilçiləri ilə görüşüblər. Misal üçün iddia olunur ki, atasının seçki kampaniyası zamanı oğul Tramp, eləcə də onun iki yoldaşı rusiyalı vəkil Nataliya Veseltinskaya ilə 2016-cı ilin iyununda məhz bu otelində görüşüblər.

Bu görüşdə Tramp-ın kürəkəni Jared Kushner və onun seçki kampaniyasının ovaxtkı sədri Paul Manafort da iştirak ediblər. Bu, Tramp-ın yaxın çevrəsinə daxil olanlarla Rusiya vətəndaşının təsdiqini tapmış ilk görüş olub. Moskva vəTramp komandası iddiaları rədd etsə də hazırda ABŞ-ın xüsusi prokuroru və Konqres komitələri Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini və Moskvanın Tramp kampaniyası ilə mümkün işbirliyini araşdırır.

Bununla yanaşı ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn də məhz bu oteldə Rusiya səfiri ilə görüşmüşdü. Və bu görüş onun cəmi bir ay vəzifədə qalması ilə nəticələndi...

Burada maraqlı və sirli sayıla biləcək hadisələr də vaxtilə lentə alınıb. Misal üçün seçki kompniyası zamanı Trampın otelin eskalatorundan düşərkən çəkilən fotosudur ki, illər əvvəl eyni səhnə amerikalıların sevimli cizgi filmi “Simpsonlar”-da göstərilmişdi. Və ağıllarda hələ də öz cavabını tapmayan sual buraxdı. Necə ola bilər ki, az qala bütün detallarına qədər oxşar olan hal illər əvvəl bir cizgi filmində yer alsın?

Və nəhayət binanın içərisi barəsində.

Burada bir neçə mağaza, restoran və Trampın adını daşıyan bar da var. Binanın birinci mərtəbəsi isə bizdə daha çox maraq doğurdu. Kiçik kofe satılan yer və onun ətrafında əsl yaşıllıq və kiçik quşlar! Bir sözlə binanın ən alt mərtəbəsi canlı təbiətin öhdəsinə verilmişdi ... Bizim isə hövsələmiz çatmadı, Trampı gözləmədən bu maraqlı məkanı tərk elədik.


Ayaz Mirzəyev

Nyu Yorkdan xüsusi olaraq Eurasia Diary uçun

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
Hamısı