Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün BMT-yə müraciət etmək niyyətindədir.
Bunu Fələstin lideri Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilinin (İƏT) fövqəladə sammitinin nəticələrinə görə təşkil olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bütün İslam dünyası Qüdslə bağlı məsələdə Fələstin xalqının yanında olmalıdır.
Qeyd edək ki, bu gün İƏT-in Qüdslə bağlı fövqəladə iclası keçirilib. İclasda ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarı müzakirə olunub.
İclasın sonunda yekun Bəyannamə qəbul edilib. Bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.